Bu ölkədə çimərliklərdə də maska taxmaq məcburi oldu

30 Mart 2021 21:00

İspaniya hökuməti ölkədə maska rejimi ilə bağlı qanunları sərtləşdirib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, vətəndaşlar bu gündən küçədə, çimərliklərdə və digər açıq məkanlarda sanitar məsafədən asılı olmayaraq, maska taxmalıdır. Bu tələb 6 yaşdan yuxarı bütün şəxslərə şamil olunur. Maskadan istifadə, həmçinin, ictimai nəqliyyatda, şəxsi avtomobildə, qapalı məkanlarda 9 nəfərdən çox adam olarsa, məcburidir. Sərnişin gəmilərində yalnız kayutlarda maska çıxarıla bilər.

Bu məhdudiyyətlər tənəffüs problemi olan, maska taxmağı idarə edə bilməyən əlillərə şamil olunmayacaq.

Milli.Az