"Instagram"da yenə problem yarandı

30 Mart 2021 19:25

Bir sıra ölkələrdə "Instagram" sosial şəbəkəsinin işində problemlər müşahidə olunur.

Milli.Az APA-ya istinadən bildirir ki, problemlərlə bağlı şikayətlərin daha çox ABŞ, İngiltərə, Rusiya, Yaponiya və bir sıra ölkələrindən daxil olduğu bildirilir.

Şikayətlərin əsas hissəsi (təxminən 58%-i) sosial şəbəkəyə daxil olmaqla problemlə bağlıdır, 22%-i veb saytdakı problemlərlə əlaqədardır, istifadəçilərin 19%-i xəbər lentinə baxmaqda çətinlik çəkir.

Milli.Az