Rusiyada mədəndə uçqun: Ölən var

30 Mart 2021 19:29

Rusiyanın Primorsk diyarında yerləşən "Korolevski" mədənində uçqun olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, insident nəticəsində dağıntılar altında qalan fəhlələrdən biri həlak olub.

Onun cəsədi torpaq altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə vaxtı mədəndə 20-dən çox fəhlə olub. Onların hamısı xilas edilib.

Milli.Az