Bu ölkədə koronavirusdan ölənlərin sayı yarım milyonu ötdü

30 Mart 2021 19:02

ABŞ-da son sutkada yeni növ koronavirusa (COVID-19) 69 417 yeni yoluxma faktı qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Con Hopkins İnstitutu məlumat yayıb. 
 
Bildirilib ki, son 24 saat ərzində 701 nəfər koronavirusdan vəfat edib. 
 
ABŞ-da indiyədək 30.3 milyondan çox şəxs bu infeksiyaya yoluxub, onlardan 550 071 nəfəri vəfat edib.

Milli.Az