Məktəbdən qaçan uşağı qandalladılar

30 Mart 2021 19:22

Şiddət və irqçilik hadisələri ilə gündəmdən düşməyən ABŞ polisi, bu dəfə məktəbdən qaçan 5 yaşlı bir uşağa qandal vurub.

Milli.Az unikal.org-a istinadən bildirir ki, hadisə Maryland ştatında qeydə alınıb.

Tez-tez məktəb qaçan şagirdini  polis əməkdaşı  saxlayıb.  O, uşağa qaçmaması üçün qandal vurub.  Qaradərili məktəblini nəzarətdə saxlayan polis reaksiyalara səbəb olub.  Məktəblinin ailəsi polisi məhkəməyə verib.

Milli.Az