Pulsuz istirahət etmək istəyən aktrisa biabır oldu - FOTO

30 Mart 2021 19:14

Müğənni Merve Boluğur qeyri-adi addımı ilə gündəmə gəlib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Merve Demet Akalın, Serenay Sarıkaya kimi məşhurlara baxıb pulsuz istirahət etmək sevdasına düşüb. Bunun üçün o, otellərlə əlaqə saxlayaraq orada ödənişsiz dincəlmək istədiyini bildirib.

Sənətçinin belə addım atdığı haqda reytinqli verilişlərdən olan "Söylemezsem olmaz"da məlumat verilib.

Pulsuz istirahət üçün şöhrətindən və İnstaqram hesabındakı 3 milyon izləyici sayından istifadə edən Boluğurun bütün cəhdləri boşa çıxıb.

Milli.Az