Vətən müharibəsində şəhid olan idmançıların sayı açıqlandı

30 Mart 2021 16:52

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Vətən müharibəsində şəhid olmuş və könüllü hərbi xidmətə yollanmış nazirlik əməkdaşlarının və idmançıların siyahısını açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən Milli.Az-a daxil olan məlumata görə, siyahıda 988 nəfərin adı var.

Onlardan 320-si Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb.

Milli.Az