Qızıl oteldə bir gün qalmaq neçəyə başa gələcək?

30 Mart 2021 18:14

Vyetnamda dünyada ilk dəfə qızıldan hazırlanan otel fəaliyyətə başlayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, dəbdəbəli məkan koronavirusun çökdürdüyü turizmini ölkəyə yenidən qazandırmaq məqsədilə inşa edilib.

Otelin binasının üz dizaynından tutmuş məişətdə istifadə edilən çəngəl-qaşıq dəstinə qədər hamsı qızıldan hazırlanıb."The Dolce Hanoi Golden Lake" adlı otel dəbdəbəsi ilə bura gələn istər yerli, istərsə də xarici turistləri özünə cəlb edir.

5 ulduzlu otel qızıldan olmasına baxmayaraq, ətrafdakı digər otellərlə eyni qiymətidir. Bir günlük ödənişi 250 dollar(425 manat) dır. Binanın ərsəyə gəlməsinə 160 milyon  avro (319 milyon 968 min manat) dəyərində 1 ton qızıldan istifadə edilib. Otelin damında qızıl örtükdən olan böyük hovuzu da var.

Milli.Az