“Azərbaycan Dəmir Yolları”nın Müşahidə Şurasının tərkibi təsdiqləndi

30 Mart 2021 15:06

Prezident İlham Əliyev "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:

Müşahidə Şurasının sədri

Rəşad Nəbiyev - Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Müşahidə Şurasının üzvləri

Emin Hüseynov - Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Azər Mursaqulov - Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru

Ruslan Əlixanov - Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru

Emil Məcidov - Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müşaviri.

Milli.Az