Misir millisinin hücumçusu Məhəmməd Salah Afrika Millərlər Kubokunun seçmə mərhələsində Komor adalarına 4:0 qalib gəldikləri matçdan sonra azarkeşlər tərəfindən böyük dəstək alıb.
Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, qarşılaşma başa çatdıqdan sonra misirli fanatlar meydana qaçaraq "Liverpul"un ulduzunu qucaqlamağa çalışıblar. Hətta onlardan biri Salahı öpmək istəyib.
Lakin forvard qaydalara riayət edərək azarkeşlərin məsafə saxlamasını istəyib.
Milli.Az