Yeni robot ərazinin xəritəsini tərtib edir və yolundakı maneələri aşır - VİDEO

30 Mart 2021 23:50

İnsanabənzər "Digit" robotu artıq avtonom şəkildə hərəkət edə bilir.

"Korrespondent" nəşrinin məlumatına görə, o, verilən marşrut üzrə ərazinin xəritəsini tərtib edir və yolunun üzərində olan maneələri aşaraq lazımi istiqamətdə hərəkət edir.

Qeyd olunur ki, robotun istehsalçısı "Agility Robotics" şirkətidir.

Qurum öz saytında robotun sınaqlarını əks etdirən videogörüntüləri paylaşıb.

Milli.Az