Yeniyetmələr şok yaşadılar

30 Mart 2021 11:42

Şri-Lankanın Sampur şəhəri yaxınlığındakı su anbarında çimən yeniyetmələr şok yaşayıb. Çimərkən timsah onların dostunu gözləri qarşısında sürüyərək suyun dibinə aparıb.

Milli.Az "menafen" agentliyinə istinadən xəbər verir ki, dostlarının ona kömək etməyə imkanı belə olmayıb.

Yerli sakinlər polis və xilasedicilərlə birlikdə axtarışa cəlb olunsalar da, cəsədi tapmaq mümkün olmayıb.

Kamran
Milli.Az