Dünya bazarlarında təbii qazın bahalaşması davam edir

30 Mart 2021 09:27

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

Milli.Az bildirir ki, apreldə çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit - Britaniya istilik vahidi) görə 0,3% artaraq 2,649 ABŞ dolları təşkil edib.

Milli.Az