Honkonqda vaksinasiyadan sonra 13 nəfər öldü

30 Mart 2021 08:38

Honkonqda koronavirusa qarşı peyvənd olunduqdan sonra ölənlərin sayı 13-ə çatıb.

Bu barədə "Haber Global" məlumat yayıb.

Ölənlərdən 11 nəfərinə "SinoVac", 2 nəfərinə isə "BionTech" şirkətinin peyvəndi vurulub.

Ölkə mətbuatı hələlik qeydə alınmış ölüm halları ilə vaksinasiya prosesi arasında əlaqənin olub-olmamasının açıqlanmadığını qeyd edib.

Milli.Az