Bakıda gənc oğlan güllələnib

30 Mart 2021 08:33

Bakının Yasamal rayonunda güllələnmə hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Yeni Yasamal yaşayış massivində qeydə alınıb.

1995-ci il təvəllüdlü Əmrah Əhmədov Bəxtiyar oğlu qol-qarın nahiyyəsindən bir neçə güllə xəsarəti alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Milli.Az