Bakı sakinini avtomobil vurub

30 Mart 2021 08:23

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.

1989-cu il təvəllüdlü Səbinə Davudova yol keçərkən onu minik avtomobili vurub. Yaralı qapalı-kəllə beyin travması və aşağı ətrafın sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Milli.Az