Bakıda yol qəzası olub, ölən və xəsarət alanlar var

30 Mart 2021 08:13

Bakının Nərimanov rayonunda yol nəqliyyatı hadisəsi zamanı iki nəfər xəsarət alıb və bir nəfər ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, yol qəzası Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, Kənan Həsənov idarə etdiyi "Toyoto" markalı avtomobili aşırıb. Qəza nəticəsində avtomobilin sürücüsü K.Həsənov və sərnişin Həşim Mədətov ağır bədən xəsartləri alıb.

Digər sərnişin - 1961-ci il təvəllüdlü Rəhilə Mədətova hadisə yerində ölüb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az