Bağırov körpüsündə avtomobil aşdı, tıxac yarandı - FOTO - YENİLƏNİB

29 Mart 2021 18:31

18:30

Heydər Əliyev prospektində baş verən ağır yol nəqliyyat hadisəsi səbəbindən hazırda Heydər Əliyev prospekti "Koroğlu" m/st-sı istiqamətində əsas yolda hərəkət məhdudlaşdırılıb. 

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən xəbərə görə, bu səbəbdən də hazırda "Koroğlu" istiqamətində kənar yolda, eləcədə Xətai prospektindən və Yusif Səfər küçəsindən Heydər Əliyev prospektinə çıxışda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Sıxlıqla əlaqədar Heydər Əliyev prospektindən keçən bütün marşrut xətləri üzrə avtobusların hərəkətində çətinliklər yaranıb.

------

18:16

Bakıda ağır yol qəzası baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində, Bağırov körpüsü adlanan hissədə qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində avtomobillərdən biri aşıb. Qəza səbəbindən hazırda prospektdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Hadisə nəticəsində ölən və xəsarət alanların olub-olmaması barədə dəqiq məlumat yoxdur.

Milli.Az