Rusiyada növbəti koronavirus vaksini qeydiyyata alındı

29 Mart 2021 17:56

Rusiya Səhiyyə Nazirliyi koronavirusa qarşı "Sputnik Layt" vaksinini qeydiyyatdan keçirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə nazirlik bildirib.

Qeyd olunub ki, hazırda preparatın sınaqlarının üçüncü mərhələsi başa çatmaq üzrədir.

"Sputnik Layt" vaksini "Sputnik V"-in sadələşdirilmiş versiyasıdır. Həmin vaksn bir komponentdən ibarətdir və iki doza əvəzinə bir dozanın vurulmasını tələb edir.

Rusiya Səhiyyə Nazirliyinin məlumatına görə, "Sputnik Layt" əsasən xarici bazarlara ixrac üçün nəzərdə tutulub.

Milli.Az