Ermənistan XİN rəhbəri - Ermənistanda azərbaycanlı hərbi əsirlər yoxdur

29 Mart 2021 17:02

Ermənistanda azərbaycanlı hərbi əsirlər yoxdur.

Milli Az news.am-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan xarici işlər naziri Ara Ayvazyan parlamentdə gedən müzakirələr zamanı deputat Naira Zohrabyanın sualını cavablandırarkən bildirib. Nazir iddia edib ki, Yerevan üzərinə düşən humanitar öhdəlikləri yerinə yetirib. Qeyd edək ki, erməni deputat iddia edib ki, Azərbaycanda 188 ermən əsir saxlanılır.

Kamran
Milli.Az