Yoluxma 2000-ə çatır - Bəs Bakıda qaydalara necə əməl olunur? - FOTOREPORTAJ

29 Mart 2021 15:16

Pandemiyanın başladığı gündən indiyədək virusla mübarizədə əsas şərtlərdən birinin sanitar-epidemioloji qaydalara əməl etmək, qoruyucu maska taxmaq olduğu barədə mütəmadi təbliğatın aparılmasına baxmayaraq, çoxları hələ də qaydalara düzgün riayət etmir və ya etmək istəmir.

Əksər insanlar maska ilə yalnız ağız hissəsinə örtürlər, halbuki əsas şərtlərdən biri maskadan düzgün istifadə, onun burun və ağzı tam olaraq örtməsidir.

Milli.Az bildirir ki, Trend-in fotoqrafı Zaur Mustafayevin fotolarında paytaxtda qaydalara necə əməl olunub-olunmaması ilə bağlı mənzərə aydın şəkildə əks olunur.

Milli.Az