Nazpəri şəhidə mahnı həsr etdi - VİDEO

29 Mart 2021 18:44

Xalq artisti Nazpəri Dostəliyeva 21 yaşlı şəhid Kənan Rüstəmlinin xatirəsinə "Laylay" adlı mahnı həsr edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bəstənin müəllifi Xanım İsmayılqızıdır. Ekran işinin rejissorluğu Nail Naiboğluna həvalə edilib.

Əslən Biləsuvardan olan Kənan Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub və nəşi 21 gün ermənilərdə əsir qalıb.

Qeyd edək ki, N.Dostəliyeva bir neçə gün əvvəl 41 yaşlı oğlu Əlini itirib.

Milli.Az