Tovuzda evin zirzəmisindən 25 min manatlıq oğurluq edilib

29 Mart 2021 16:14

Tovuzda mənzildən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumada bildirilib ki,  polis əməkdaşları tərəfindən keçirilən əməliyyatla rayon ərazisindəki evlərdən birinin zirzəmisindən 25.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Gədəbəy rayon sakini A.Quliyev saxlanılıb, bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Milli.Az