Bakıda qadını hədələyərək pulunu alan şəxs tutulub

29 Mart 2021 14:14

Bakıda qadını hədələyərək pulunu alıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin  41-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda Bakı şəhər sakini T.Məmmədovanı hədələyərək 4000 manat pulunu almaqda şübhəli bilinən Masallı rayon sakini H.Rzayev saxlanılıb.

Milli.Az