Yaşıl yarpaqlı tərəvəzlərin qaraciyərə İNANILMAZ FAYDASI

11 Aprel 2021 23:05

Yaşıl yarpaqlı tərəvəzlər ən sağlam qidalar arasındadır.

Milli.Az xəbər verir ki, bunun bir çox səbəbi var. Üstəlik, onların faydası getdikcə yeni tədqiqatlarla daha çox sübut olunur.

Edit Kovan Universitetinin alimləri bu yaxınlarda yaşıl yarpaqlı qidaların əzələlərə faydalı olduğunu kəşf edib. Araşdırma hər iki cinsdən olan (orta yaş 48) 3500-dən çox Avstraliya sakini üzərinə aparılıb. Mütəxəssislər 12 il ərzində könüllülərə 2 dəfə pəhriz və fiziki aktivlik barədə tapşırıq verib və müşahidə müddətinin sonunda əzələlərinin gücü ilə bağlı sınaq keçirib.

Məlum olub ki, fiziki fəaliyyət səviyyəsindən asılı olmayaraq, nitratların (ispanaq, kələm, İsveçrə qarğıdalısı, çuğundur, kahı növlərində olan azot turşusu duzları) müntəzəm qəbulu daha güclü ayaq əzələləri və gəzinti sürəti olan insanlarda ən yüksək səviyyədə olub.

Alimlərin fikrincə nitratlar qan damarlarını genişləndirə bilər. Və bu, görünür, əzələlərin qan tədarükünü yaxşılaşdırır.

Başqa araşdırma yaşıl yarpaqlı tərəvəzlərin qaraciyər üçün son dərəcə faydalı olduğunu üzə çıxarıb. Karolinska İnstitutunun mütəxəssisləri bildirir ki, pəhrizdə bir çox yaşıl yarpaqlı tərəvəzin olması qaraciyər yağlanması xəstəliyinin inkişaf riskini azaldır. (publika.az)

Milli.Az