Ötən ay pensiya alanların ümumi sayı açıqlandı

29 Mart 2021 10:06

2021-ci ilin fevral ayında xüsusi şərtlərlə əmək pensiyası alanların ümumi sayı 85 min nəfərdən çox olub.

Dövlət Sosial Müdafiə Fondundan Milli.Az-a verilən məlumata görə, onlardan 53 mindən çoxu yaşa görə, 18 mindən çoxu əlilliyə görə, 13 mindən çoxu isə ailə başçısını itirməyə görə əmək pensiyası alanlardır.

Milli.Az