Türkiyədə zəlzələ oldu

29 Mart 2021 10:00

Türkiyədə zəlzələ hadisəsi baş verib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, təbiət hadisəsi Muğla bölgəsinin Marmaris ilçəsində baş verib. Yer silkələnməsi Rixter şkalası ilə 4.1 balla qiymətləndirilib.

Zəlzələnin ocağı Egey dənizi sahillərindən 79 kilometr qərbdə yerin 5 kilometr dərinliyində yerləşib. Silkələnmə həmçinin Yunanıstanın Krit adası yaxınlığında da hiss edilib.

Milli.Az