Sabirabadda avtomobil velosipedçini vuraraq öldürüb

29 Mart 2021 10:12

Sabirabadda avtomobil velosipedçini vuraraq öldürüb.

Milli.Az APA-ya istinadən bildirir ki, Sabirabad rayonunun Kürkəndi kəndində rayonun Qaralar kənd sakini, 1997-ci il təvəllüdlü Tağıyev Müzəffər Qəzənfər oğlunu velosipedlə hərəkətdə olarkən naməlum avtomobillə vurulub. O, aldığı xəsarətdən ölüb.

Hazırda avtomobilin və sürücünün müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

Milli.Az