Acı xəbər gəldi: Müharibə iştirakçısı olan iki qardaş qəzada...

28 Mart 2021 22:15

Zaqatalada Vətən müharibəsi iştirakçısı olan iki qardaş yol qəzasına düşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonunun Muxax kəndi ərazisində baş verib.

Qeyd edək ki, Abdulsəməd və Abdulhəmid Mahmudov qardaşları Vətən müharibəsi iştirakçılarıdır.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az