Tanınmış aktyor hamilə arvadı və oğlunu da yoluxdurdu

28 Mart 2021 18:55

Ötən həftə mutasiaya uğrayan virusa yoluxan aktyor Tolqahan Sayışmanın müalicəsi davam etdiyi vaxtda ailəsi də Covid-19-a yoluxub.

Milli.Az Axşam.az-a istinadən bildirir ki, Tolqahanın 7 aylıq hamilə arvadı Almeda Abazini və bir yaşlı oğlu Efehanı da virusa yoluxdurduğu məlum olub.

Onlar koronavirus testləri müsbət çıxdığından təcili olaraq karantinə alınıblar.

Milli.Az