Türkiyədə Azərbaycan əsgərlərinə dağçılıq təlimi verilib - FOTO

28 Mart 2021 15:47

Hazırda Türkiyədə olan Azərbaycan əsgərlərinə dağçılıq təlimi keçirilib.

Milli.Az bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin Twitter hesabında məlumat verilib.

Paylaşımda bildirilir:

"Qəhrəman Azərbaycan ordusuna mənsub olan qardaşlarımıza, İspartadakı Dağ Komando Məktəbi və Təlim Mərkəzində dağçılıq təlimi verilib".

Milli.Az