Azərbaycanda FİLM KİMİ OLAY: Zirzəmidə toy etdilər, polis gəldi, qaçaqaç düşdü - VİDEO

28 Mart 2021 14:57

Bu gün Tovuzun Qaraxanlı kəndində gizli toy mərasimi təşkil olunub.

Milli.Az Musavat TV-yə istinadən xəbər verir ki, zirzəmi şəraitində, konspirativ qaydada keçirilsə də, yerli polis qanunla qadağan edildiyi üçün tədbirə müdaxilə edib. Bu zaman toydan qaçan qonaqlar sayəsində komik mənzərələr ortaya çıxıb. Zirzəmidə gizlənən qonaqların polis tərəfindən aşkar edilməsi də film səhnələrindən geri qalmayan fraqmentlərdir.

Həmin fraqmentləri təqdim edirik.

Milli.Az