Türkiyədə güclü zəlzələ oldu

28 Mart 2021 13:39

Bu gün Türkiyənin Afyonqarahisar bölgəsinin Dinar rayonunda 3,6 bal gücündə zəlzələ baş verib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ yerin 11,12 kilometr dərinliyində qeydə alınıb.

Yeraltı təkan nəticəsində zərərin olmadığı bildirilib.

Milli.Az