Bakıda yük avtomobili yanıb

28 Mart 2021 17:55

Bakıda yük avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, paytaxtın Yasamal rayonunda "MAN" markalı yük avtomobilinin kabinə hissəsində elektrik avadanlıqları yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az