Qırğızıstanda insanların ölümünə səbəb olanların adları açıqlandı
28 Aprel 2010 13:03
Milli.Az utro.ru saytına istinadən xəbər verir ki, siyahıda 9 nəfərin adı var. Dövlət Mühafizə Xidməti rəhbərinin sabiq müavini Dunqanov, sabiq müdafiə naziri Baktıbek Kalıyev, eks-daxili işlər naziri Moldomus Konqantiyev, sabiq prezidentin müdafiə və təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Satıbaldiyev təqsirkarlar sırasındadırlar. Adı çəkilən şəxslər artıq həbs edilib. Digər 5 nəfər isə axtarışdadır.
Xatırladaq ki, Qırğızıstanda hakimiyyət çevrilişi ilə nəticələnən iğtişaşlar zamanı 80-dən artıq insan həlak olub, təxminən 1500 nəfər yaralanıb.
Milli.Az