Bakıda gecə saatlarında dəhşət: Hadisə yerindən FOTOlar

28 Mart 2021 09:09

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb.

"Lada" markalı avtomobili idarə edən sürücü Cəsarət Şirvanzadə sükana nəzarəti itirib. 

Nəticədə avtomobil yoldan çıxaraq aşıb. 

Qəza zamanı sürücü və  sərnişin  Sevda Alışanova ağır xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Milli.Az