Mingəçevirdə mikroavtobus piyadanı vurub

27 Mart 2021 21:00

Mingəçevirdə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Müslüm Maqomayev küçəsində baş verib.

"Ford" markalı yük daşıyan mikroavtobus yolu keçmək istəyən, şəhər sakini 1977-ci il təvəllüdlü  Məmmədova Zemfira Məmməd qızını vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az