Azərbaycanda vaksinasiya olunanların sayı açıqlanıb

27 Mart 2021 17:41

Martın 26-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 24,446 nəfər vaksinasiya olunub. 

Nazirlər Kabineti yanında Operativ Qərargahda Milli.Az-a verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 518,879 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.

Milli.Az