YPG basqın etməyə çalışdı, XTQ hərəkətə keçdi

27 Mart 2021 12:34

Türkiyə ordusunun xüsusi təyinatlı qüvvələri Suriyanın şimalında YPG/PKK silahlı qrupunu zərərsizləşdirib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, terrorçular hərbçilərin mövqelərinə atəş açıb, "Sülh çeşməsi" əməliyyat bölgəsinə daxil olmağa cəhd göstəriblər. Cavab tədbirləri nəticəsində 5 terrorçu zərərsizləşdirilib.

Milli.Az