MAR-da partlayış: 3 rus olmaqla, 5 nəfər ölüb

30 May 2021 23:52

Mərkəzi Afrika Respublikasında (MAR) kustar üsulla hazırlanmış partlayıcının işə düşməsi nəticəsində üç rus və iki yerli polis əməkdaşı plüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə MAR hökumətinin rəsmisi Anj Maksim Kazaqi bildirib.

Kazaqi əlavə edib ki, ölənlərdən əlavə, 4 nəfər yaralanıb.

Hadisə ölkənin paytaxtı Banqui şəhərindən 400 km şimal-qərbdə, Berberati və Bouar şəhərləri arasındakı yolda maşın karvanı hərəkətdə olarkən baş verib.

Milli.Az