Türkiyəli fermer mavi yumurtanın birini 10 dollardan satır - FOTO

27 Mart 2021 10:14

Tükiyənin Manisa şəhərində İsa Dəvəçi adlı gənc fermerin toyuqları mavi rəngli yumurta yumurtlayır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, amerikanın "Araucanas" cinsinə mənsub olan ev heyvanları sahibinə xeyli sərvət qazandırıb. Belə ki, İsa toyuq yumurtalarının bir ədədini 10 dollara satır.

Fermer toyuqları bir dostunun yardımıyla ABŞ-dan gətirtdiyini və hazırda 60 ədəd cins heyvana sahib olduğunu açıqlayıb. Dörd ildir bu işlə məşğul olan gənc sifarişlərin çoxluğundan onları vaxtında çatdırmaqda çətinlik çəkdiyini bildirib.

Milli.Az