Silvestr Stallonenin “Hakim Dredd” filmindəki avtomobili satışa çıxarılıb - FOTO

27 Mart 2021 10:34

Silvestr Stallonenin "Hakim Dredd" filmində istifadə etdiyi avtomobil satışa çıxarılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, 1995-ci ildə istehsal olunmuş nəqliyyat vasitəsi heç də ürəkaçan vəziyyətdə deyil. Buna baxmayaraq, onun satış qiyməti 25 min dollardır.

Qeyd edək ki, filmin çəkilişləri üçün 31 ədəd belə avtomobil hazırlanıb.

Milli.Az