S-400 sistemi 700 km uzaqlıqdakı hədəfi belə vurdu - VİDEO

27 Mart 2021 11:19

Rusiya istehsalı olan S-400 hava hücumundan müdafiə sistemləri ilə həyata keçirilən təlimlər davam edir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik qeyd edir ki, Həştərxan bölgəsindəki Aşuluk Kapustin bazasından S-400 hava müdafiə sistemi raketləri yüksək və alçaq hündürlükdən uçmaqla 700 kilometr uzaqlıqdakı Krasnodar bölgəsində hədəfi vurub.

Qeyd edək ki, Rusiya ötən il də keçirdiyi təlimlərdə də S-400 komplekslərindən istifadə edib.

Milli.Az