Bakıda gənc oğlan bıçaqlanıb

27 Mart 2021 08:02

Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bayıl qəsəbəsində qeydə alınıb.

1990-cı il təvəllüdlü Asmalov Boris Borislavoviç tanışı tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az