ABŞ qoşunları çıxarsa, "Taliban" Əfqanıstanda hakimiyyəti öz əlinə alacaq

27 Mart 2021 08:38

ABŞ əsgərləri "Taliban" qüvvələri və Əfqanıstan hökuməti arasında razılaşma əldə edilmədən geri çəkiləcəyi təqdirdə "taliban"çılar ölkənin çox hissəsində nəzarəti iki-üç il ərzində öz əllərinə keçirə biləcək. ABŞ kəşfiyyat xidmətləri prezident Co Baydenə bununla bağlı xəbərdarlıq ediblər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "New York Times" qəzeti özəl mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, hadisələrin bu cür inkişafı "Əl-Qaidə" terror qruplaşmasının Əfqanıstanda bir daha güclənməsinə səbəb ola bilər.

Milli.Az