Fevralın ən yaxşı futbolçusu

26 Mart 2021 21:00

"Mançester Siti"də fevral ayının ən yaxşı futbolçusu məlum olub.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, bu, əlcəzairli yarımmüdafiəçi Riyad Mahrezdir. Bu barədə "şəhərlilər"in mətbuat xidməti məlumat yayıb. Mahrez ötən ay iştirak etdiyi 8 oyunda 2 qol vurub.
 
Mahrez bu mövsüm "Mançester Siti" ilə 38 oyunda 10 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az