20:09
Misirin cənubunda iki sərnişin qatarının toqquşması nəticəsində xəsarət alanların sayı 108 nəfərə çatıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölənlərin sayı dəyişməyib, qəza nəticəsində 32 nəfər ölüb.
Nazirliyin rəsmi nümayəndəsi Xalid Muqahedin sözlərinə görə, hadisə yerində 74 təcili tibbi yardım avtomobili işləyir, xəsarət alanlar yaxınlıqdakı bir neçə xəstəxanaya çatdırılırlar.
Bildirilir ki, ağır xəsarətlər alan şəxsləri ölkənin paytaxtına çatdırmaq nəzərdə tutulur. Yerli həkimlərə yardım üçün paytaxtdan əlavə tibbi heyət cəlb edilib.
----------
16:15
Misirin Sohaq əyalətinin Taxta şəhərində iki qatar toqquşub.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə nəticəsində üç sərnişin vaqonu relsdən çıxıb.
Ölkənin Səhiyyə Nazirliyi ən azı 32 nəfərin öldüyünü və daha 66 nəfərin yaralandığını bildirir.
Milli.Az