Amerikalı aktrisa Cessika Uolter vəfat edib

26 Mart 2021 18:12

Tanınmış amerikalı aktrisa Cessika Uolter 81 yaşında vəfat edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə aktrisanın qızı bildirib.

C.Uolterin vəfat səbəbi bilinmir.

O, 1971-ci ildə "Qızıl Qlobus", 4 il sonra isə "Emmi" mükafatına layiq görülüb.

Milli.Az