Kürdəmir və İsmayıllı sakinlərindən odlu silah götürülüb

26 Mart 2021 18:54

Kürdəmir və İsmayıllı rayonlarının sakinlərindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən Ərəbxana kənd sakini M. Şabanovun yaşadığı evə baxış zamanı 1 ədəd müvafiq sənədləri olmayan "TOZ-16" markalı nömrəsi silinmiş ov tüfəngi aşkarlanıb götürülüb.

Bundan başqa İsmayıllı rayonunun Qalacıq kənd sakini N. Hacıyev 1 ədəd müvafiq sənədləri olmayan "TOZ-63" markalı ov tüfəngini könüllü olaraq RPŞ-yə təhvil verib.

Araşdırma aparılır.

Milli.Az