Dünya gözəli dodaqları üçün qızıl maskalarından istifadə edir

28 Mart 2021 14:11

Rusiyalı model İrina Şeyk gözəlliyinin sirrini açıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, model dodaq baxımını tərkibində 24 karat qızıl olan maska ilə etdiyini bildirib:

"Səhərlər üzümü soyuq su ilə yuyuram və üzümə buz gəzdirirəm. Daha sonra da kremlərdən istifadə edirəm. Dodaqlarımı isə qızıl maskaları çox yaxşı nəmləndirir".

Milli.Az